AZ

Balıqlar niyə kəskin azalır? - Arazda təhlükəli vəziyyət

Son illər çaylarda balıqların sayında kəskin azalma müşahidə olunur. Bölgədə balıq ovu əsasən Kür və Araz çaylarında aparılır.

Day.Az xəbər verir ki. Araz çayının sahilində bu sahə ilə məşğul olan həvəskar balıqçıların sözlərinə görə, son illərdə, xüsusilə də son bir neçə ildə Araz çayında balıqların sayının xeyli azalması müşahidə olunur. Onların fikrincə, bunun bir neçə səbəbi var.

Əsas səbəblərdən biri iqlim şəraiti ilə bağlıdır. Belə ki, son vaxtlar çaylarda suyun səviyyəsinin kəskin azalması balıqların sayına da təsir göstərib. Məlum olduğu kimi, balıqlar Xəzər dənizindən Kür çayına, oradan isə Araz çayına keçərək kürüləmə dövrünü keçirirlər. Lakin suyun azalması səbəbindən yaranan maneələr balıqların bu ərazilərə miqrasiyasını çətinləşdirir.

Həvəskar balıqçıların sözlərinə görə, digər əsas səbəblərdən biri də qanunsuz balıq ovudur. Belə hallarda balıqlar kütləvi şəkildə ovlanır ki, bu da onların sayının kəskin azalmasına gətirib çıxarır.

Elcan Turan
Day.Az

Seçilən
12
day.az

1Mənbələr