AZ

İranın səhiyyə sektoru hərbi hava hücumlarından ciddi ziyan görüb

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

52 tibb müəssisəsi, 29 müalicə mərkəzi, 19 təcili yardım otağı və 16 təcili yardım maşını hücuma məruz qalıb

28 fevraldan bəri İranın səhiyyə sektoru ABŞ və İsrail hərbi hava hücumlarından ciddi ziyan görüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İran hökumətinin sözçüsü Fatima Mohacerani mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 52 tibb müəssisəsi, 29 müalicə mərkəzi, 19 təcili yardım otağı və 16 təcili yardım maşını hücuma məruz qalıb.

Mohacerani əlavə edib ki, dörd təcili yardım maşını və bir tibbi helikopter tamamilə məhv edilib.

Hökumət sözçüsü qeyd edib ki, İranda hərbi hava hücumları nəticəsində 11 tibb işçisi həlak olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
85
ayna.az

1Mənbələr