AZ

Alan udur, satan uduzur Müharibəyə görə...

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Mövcud iqtisadi böhran şəraitində insanların gündəlik həyatında alış-veriş qərarları çətinləşib. Ev və maşın kimi böyük əmlakların alışı və satışı xüsusilə riskli hesab olunur. Qiymətlərin tez-tez dəyişməsi alıcı və satıcı arasında itki və qazanc fərqlərini artırır. Belə vəziyyətdə doğru qərar vermək üçün bazar trendlərini izləmək vacibdir. İqtisadi vəziyyət və faiz dərəcələri də bu qərarlara birbaşa təsir göstərir. Nəticədə həm alıcı, həm də satıcı üçün risk və fürsətlər eyni anda mövcuddur.Məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, daşınmaz əmlakın satışını, xüsusilə torpaq sahəsinin satılmasını tövsiyə etməzdim:"Torpaq uzun müddət dəyər qazanan aktivdir və illər keçdikcə qiymətində azalmaq ehtimalı çox azdır. Təbii ki, torpaq yalnız yenidən dəyər qazanan aktiv kimi qəbul olunur. Evlərə gəlincə, bu konkret dövrdə bazarın vəziyyətindən asılı olaraq ev almaq və satmaq mümkündür. Əgər ucuz alıb baha satmaq imkanı varsa, bu uyğundur. Amma qısa müddətdə qiymət artımı gözlənilmir və eyni zamanda ucuzlaşma da baş verməyəcək. Əmlakı uzun müddət saxlayaraq satmaq daha sərfəlidir. Əgər ev 3-5 il, hətta 10 il saxlanarsa, onun dəyəri artacaq və daha əlverişli olar".O bildirib ki, avtomobil isə dəyərini itirən aktivdir:"Vətəndaşlar onu icarə verə və ya şəxsi məqsədlər üçün istifadə edə bilərlər, amma investisiya kimi ciddi qəbul edilmir. Daşınmaz əmlak, qızıl, ev və torpaq daha məqsədəuyğundur. Alan heç vaxt uduzmur, qiyməti baha satarsa satan isə gəlir əldə edir. Əgər uzun müddət investisiya saxlanırsa və pula ehtiyac yoxdursa, bu da əlverişlidir. Bu il isə qiymət artımı o qədər böyük olmayacaq, ilin əvvəlində alıb ilin sonunda satmaq isə o qədər də sərfəli deyil".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr