Son günlər dünya gündəminin sürətlə dəyişməsi neftin qiymətinə birbaşa təsir edir.
Nəticədə, neftin qiyməti sürətlə yüksəlir. Artıq London birjasında “Azeri Light” markalı neftin qiyməti bir gün ərzində 32 faiz bahaşaraq 124 dollara yüksəlib. Belə yüksək göstərici isə tarixdə çox nadir hallarda qeydə alınıb. Ancaq bu gün neftin qiyməti yenidən 90 dollara düşdü.
Maraqlıdır, neftin qiymətinin yüksəlməsi Azərbaycana necə təsir edəcək?
İqtisadçı alim Fuad İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatı hələ də neftdən asılıdır:

"Bununla yanaşı, neftin qiymətinin yüksəlməsi gəlirlərin artmasına şərait yaradır. Ancaq onu da nəzərə almaq lazımdır ki, bir sıra məhsullar var ki, onlar idxal olunur. İdxal məhsulların çox olması istər-istəməz qiymətlərə təsir edir".
Ekspert qeyd edib ki, dünya bazarında neftin qiymətinin qalxması Azərbaycana da təsirsiz ötüşmür:
"Lakin ötən günlərdə müşahidə olunan neftin qiyməti artıq dəyişib. Belə ki, neftin qiyməti 110 dollardan dollara 90 dollara qədər düşüb. Yəni dünya bazarında ani qiymət dəyişikliyi olur. Belə bahalaşmalar isə impulsiv dəyişiklik sayılır".
Günel Cəlilova