AZ

Polis məşhur tiktokeri söyüşə görə HƏBS ETDİ

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Oxu.Az-ın məlumatına görə, keçirilən tədbirlərlə "TikTok" sosial şəbəkəsində canlı yayımda təhqiramiz ifadələr səsləndirən 22 yaşlı Solmaz Musayeva saxlanılıb.

Onun barəsində internet resurslarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən məlumatların yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

Müvafiq məhkəmə qərarı ilə S.Musayeva inzibati qaydada həbs edilib.

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
2
oxu.az

4Mənbələr