“Sosial mediada, saytlarda onun haqqında fərqli fikirlər yayıldı. İnsanlar həkimlərin dediyi rəsmi açıqlamaya heç fikir də vermədilər. Onun sürətlə arıqlaması, xərçəng xəstəsi olması və s. fikirlər yayıldı. O, iddia edildiyi kimi arıqlama dərmanları qəbul etməyib. Sadəcə komaya düşməzdən 2 il qabaq mədəkiçiltmə əməliyyatı etdirmişdi. Çünki xeyli kökəlmişdi və onun sağlamlıq vəziyyətinə təsir edəcəyi üçün həkimlər belə qərar vermişdi. Gələcəkdə şəkər kimi xəstəliklərdən əziyyət çəkməməsi üçün əməliyyat olundu. Lakin ölümünün onunla heç bir əlaqəsi yoxdur. Onkoloji xəstəliyi də yox idi. Sadəcə olaraq çox yorğun idi. Özünə diqqət etmirdi. Son 3 gündə də qrip olmuşdu. Anidən təziqi enmişdi, yəni bədən “Hipotonik vəziyyət”ə keçmişdi. Qənirə xanımın ölümü bunun nəticəsində baş verib. Hər kəsin bir ölüm səbəbi və hekayəsi var. Onunki də belə oldu. Allahın yazdığı taledir. Nə bir dəqiqə tez, nə bir dəqiqə gec…”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta