AZ

"Qarabağ"ın hücumçusu Kolumbiya millisində

"Qarabağ"ın forvardı Kamilo Duran Kolumbiya millisinə çağırılıb.

Fanat.Az xəbər verir ki, 24 yaşlı hücumçu martda keçiriləcək yoldaşlıq görüşləri üçün seçməyə dəvət olunub.

İndiyədək milli komandaya dəvət edilməyən Duran "Qarabağ"ın heyətində bu mövsümki çıxışından sonra Kolumbiya yığmasının məşqçilərinin diqqətini cəlb edib.

Kolumbiya martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-ın Orlando şəhərində baş tutacaq.

Qeyd edək ki, Kamilo 2025-ci ilin avqustunda "Qarabağ"a keçib.

Seçilən
2
33
fanat.az

10Mənbələr