AZ

Azərbaycan parapauerliftinqçiləri Avropa Açıq çempionatını 12 medalla başa vurublar

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Parapauerliftinq üzrə Avropa Açıq çempionatında 6 idmançı ilə iştirak edən Azərbaycan millisi turniri 12 medalla başa vurub.

"Report" xəbər verir ki, 16 yaşlı paralimpiyaçı İlhamiz Kərimov (+107 kq) ən yaxşı qaldırmada 115 kq, ümumi qaldırmada isə 330 kq nəticə göstərərək hər iki göstərici üzrə Avropa Açıq çempionatının yeniyetmələr arasında qalibi olub.

15 yaşlı paralimpiyaçı Elcan Səmədzadə (49 kq) 80 kq nəticə göstərərək həm ümumi qaldırmada, həm də ən yaxşı qaldırmada hər iki göstərici üzrə yeniyetmələr arasında bürünc medal qazanıb.

19 yaşlı idmançı Rəsul Zəkiyev (97 kq) ümumi qaldırmada 358 kq, ən yaxşı qaldırmada isə 126 kq nəticə göstərərək hər iki göstərici üzrə gənclər arasında gümüş medala sahib çıxıb.

Qeyd edək ki, yarış Açıq Avropa Çempionatı statusu daşıdığından hər üç parapauerliftinqçimizə eyni əyarda 4 medal təqdim olunub.

Seçilən
13
3
far.az

4Mənbələr