AZ

Tbilisidə 4 qızıl, 4 gümüş və 4 bürünc medal

Yeniyetmə və gənc parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 4 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar.

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Parapauerliftinq üzrə Avropa Açıq çempionatında 6 idmançı ilə iştirak edən Azərbaycan komandası turniri 12 medalla başa vurub.

16 yaşlı paralimpiyaçımız İlhamiz Kərimov (+107 kq) ən yaxşı qaldırmada 115 kq, ümumi qaldırmada isə 330 kq nəticə göstərərək hər iki göstərici üzrə Avropa Açıq çempionatının yeniyetmələr arasında qalibi olub.

15 yaşlı paralimpiyaçımız Elcan Səmədzadə (49 kq) 80 kq nəticə göstərərək həm ümumi qaldırmada, həm də ən yaxşı qaldırmada hər iki göstərici üzrə yeniyetmələr arasında bürünc medalçı olub.

19 yaşlı paralimpiyaçımız Rəsul Zəkiyev (97 kq) ümumi qaldırmada 358 kq, ən yaxşı qaldırmada isə 126 kq nəticə göstərərək hər iki göstərici üzrə gənclər arasında gümüş medal qazanıb.

Qeyd edək ki, yarış Açıq Avropa Çempionatı statusu daşıdığından hər üç parapauerliftinqçimizə eyni əyarda 4 medal təqdim olunub.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
8
1
xalqqazeti.az

4Mənbələr