AZ

İranın İsrailə avia-zərbələri nəticəsində iki azərbaycanlı həlak oldu

BAKI, 10 mart. TELEQRAF

İranın İsrailə avia-zərbələri nəticəsində iki azərbaycanlı - Amid Murtuzov və Rüstəm Qulamov həlak olub.

Teleqraf "Yerusalim.post"a istinadən xəbər verir ki, Amid Murtuzov Azərbaycan və İsrail vətəndaşıdır.

Hər iki şəxs Yehud şəhərinə kasetli bombanın düşməsi nəticəsində ölüblər.

Onlar tikinti sahəsində eyni yerdə işləyibilər.

Azərbaycanın İsraildəki səfirliyinin yaydığı məlumata əsasən, Amid Murtuzov İsrailin Petax Tikva şəhər sakini olub və uzun illər öncə ailəsi ilə birlikdə Bakıdan köçüblər.

“Mərhumun ailəsinə və doğmalarına səbir diləyir, başsağlığı veririk. Allah rəhmət eləsin!”, - səfirliyin məlumatında qeyd olunub.

Seçilən
39
40
teleqraf.com

10Mənbələr