AZ

Zakaryan Ermənistan xalqını küçələrdə döyüşməyə çağırıb

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Əminəm ki, hamınızın eyni istəyi var - bu hökumətdən qurtulmaq”

Ermənistan Respublika Partiyasının icra orqanının üzvü Artak Zakaryan erməni xalqını küçədə döyüşməyə səsləyib. AYNA.AZ xəbər verir ki, Zakaryan bu barədə özünün “Facebook” səhifəsində yazıb.

"Hörmətli müxalifət üzvləri, əminəm ki, hamınızın eyni istəyi var - bu hökumətdən qurtulmaq. Lakin biz başa düşməliyik ki, təkcə istək kifayət deyil. Ermənistanın hər bir vətəndaşı seçkilərdən əvvəl konsolidasiyaya və küçə mübarizəsinə ehtiyac duyur. Əks halda, hakim “Vətəndaş Müqaviləsi” Partiyası sizin istəklərinizi təhrif edəcək və sadəcə səsinizi qulaqardına vuracaq. Bu səsləri qorumaq və onları həyata keçirmək üçün seçkilərdən əvvəl və sonra geniş konsolidasiya və küçə mübarizəsi lazımdır”, - deyə bildirib.

Bildirib ki, bu yaxınlarda “Vətəndaş Müqaviləsi” nümayəndələri Amerikanın IRI institutunun sosioloji sorğusunun nəticələrindən əsassız olaraq ilhamlanıblar: “Mənim məlumatıma görə, bu sorğuda iştirak etməkdən imtina edənlərin sayı olduqca yüksək olub. Ekspertlər qeyd edirlər ki, insanların müəyyən faizi adətən sorğularda iştirakdan imtina edir. Ermənistanda İRI-nin son sorğusunda bu rəqəm adi haldan təxminən iki dəfə çox olub (alınan zənglərin böyük əksəriyyəti - 10 nəfərdən 7-si - ümumiyyətlə danışmaqdan imtina edib). Bu, insanların qorxu, məyusluq və qeyri-müəyyənlik atmosferində yaşadığını göstərir. Artıq insanlar heç nə gözləmirlər və heç nəyə inanmırlar. Bu, həm də cəmiyyətin əhəmiyyətli bir hissəsinin qorxduğunu, çəkindiyini və ya hətta rəy sorğularında öz fikrini bildirməyi belə mənasız hesab etdiyini göstərir. Və belə bir vəziyyətdə kim zəmanət verə bilər ki, saxtakarlıqlar üzərində qurulan və yalanlarla qidalanan hökumət vətəni təslim etdikdən sonra seçki qutusundakılara dözəcək? Səkkiz illik fəlakətlərdən, repressiyalardan, siyasi məhbuslardan, bölünmə və nifrət atmosferindən sonra seçkilərdə qələbəyə inanmağa hazır olan sadəlövh müxalifətçi kimdir? Məlum olur ki, seçkilərdə qələbəyə gedən yol qanuni və vahid mübarizədən - Baş nazirə etimadsızlıq prosesindən keçir”.

“Əgər “Vətəndaş Müqaviləsi” Partiyası Baş nazir vəzifəsi postunu qazanmasa, 10 gün ərzində keçiriləcək ikinci seçkilərdə 1,7% səs toplayacaq. Postsovet və Şərqi Avropa ölkələrində mənzərə demək olar ki, eynidir. Burada isə vəziyyət daha da pisdir", - deyə o yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
ayna.az

1Mənbələr