AZ

Nəsimidə təhlükə saçan sürücü avtomobil və piyadaları gözardı etdi VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü avtomobilin kamerasına düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 8-də saat 16:30 radələrində qeydə alınıb.

Videodan görünür ki, 99-BQ-647 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü görüntünü qeydə alan maşını sağdan ötərək sıxışdırıb. Ardınca sözügedən sürücü piyada keçidindən keçən şəxsləri də gözləmədən hərəkətinə davam edib.

Xatırladaq ki, “Yol Hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin II hissəsinə əsasən, həm yaşayış məntəqəsində, həm də bundan kənar yollarda sağdan ötmə (sola dönən nəqliyyat vasitəsini sağdan ötmək istisna olmaqla) qadağandır. Bu qaydanı pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə ödəməlidirlər.

Eyni zamanda, Qanunun 54-cü maddəsinin I hissəsinə görə, piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti işıqfor və ya nizamlayıcı ilə tənzimlənmirsə, sürücü keçidə yaxınlaşarkən sürəti azaltmalı, yolu keçməyə başlamış və ya keçməkdə olan piyadalara yol verməlidir. Bu öhdəliyə əməl etməyən sürücülər İXM-nin 330-cu maddəsi üzrə 50 manat cərimə olunurlar.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
avtosfer.az

1Mənbələr