AZ

İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çinin elektrik avtomobili istehsalçısı “BYD”nin məşhur modellərindən biri olan "BYD Atto 3" İsraildə baş verən raket hücumu zamanı davamlılığı ilə diqqət çəkib.

Avtosfer.az xəbər verir ki, hadisə martın 1-də Qüds şəhərində baş verib. Raket hücumu nəticəsində yaranan güclü partlayışdan sonra avtomobil kraterin kənarına düşsə də struktur baxımından ciddi zədələnməyib. Hadisə zamanı avtomobilin içində beş nəfər olub.

Hərbi analitiklərin sözlərinə görə, nəqliyyat vasitəsi birbaşa zərbə almasa da, güclü şok dalğalarına, uçan qəlpələrə və yüksək istilik təsirinə məruz qalıb. Belə şəraitdə adətən mülki avtomobillər ciddi zədələnə və ya tamamilə yararsız hala düşə bilər.

Hadisə zamanı avtomobildə olan sərnişinlər yüngül xəsarətlər alsalar da avtomobilin təhlükəsizlik sistemləri işə düşüb. Məlumata görə, "BYD Atto 3" modelinin gövdəsinin təxminən 85 % yüksək möhkəmlikli poladdan hazırlanmış qoruyucu karkasdan ibarətdir. Bu konstruksiya partlayış nəticəsində yaranan enerjini paylayaraq A, B və C sütunlarının dağılmasının qarşısını alıb.

Avtomobilin salon hissəsinin bütövlüyü qorunduğu üçün qapı tutacaqları və mexaniki kilidlər işlək vəziyyətdə qalıb. Bu da xilasedicilərə xüsusi kəsici avadanlıqlardan istifadə etmədən sərnişinləri avtomobildən təxliyə etməyə imkan verib.

Model həmçinin batareya təhlükəsizliyi baxımından da diqqət çəkib. “Euro NCAP” təhlükəsizlik testlərində 5 ulduz qiyməti alan avtomobildə istifadə olunan batareya sistemi partlayışdan sonra belə yanmayıb.

Bildirilir ki, "BYD Atto 3" modelində “BYD Blade Battery” və “e-Platform 3.0” arxitekturası tətbiq olunur. Partlayışın təsirinə baxmayaraq batareyada alovlanma, tüstü və ya həddindən artıq qızma qeydə alınmayıb. Bu hadisə elektrikli avtomobillərin təhlükəsizliyi ilə bağlı müzakirələrdə diqqət çəkən nümunələrdən biri kimi qiymətləndirilir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
avtosfer.az

1Mənbələr