AZ

İsrail mediası qarışdı: kəşfiyyat rəhbərinin öldüyü iddiası yayılır

İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvir ilə bağlı sensasion iddialar yayılıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə və bəzi media resurslarında Ben Gvirin avtomobil qəzası nəticəsində öldüyü barədə məlumatların yayıldığı bildirilir. Bir sıra mənbələr isə onun İranın raket zərbələri zamanı həlak olduğu ehtimalını irəli sürür.

Məlumatlara görə, İsrail mediasında nazirin avtomobil qəzası keçirdiyi barədə xəbərlər yayılıb. Lakin hadisənin detalları və onun vəziyyəti barədə rəsmi açıqlama verilməyib.

Eyni zamanda bəzi mənbələr Ben Gvirin artıq iki gündür ictimaiyyət qarşısına çıxmadığını və bu səbəbdən müxtəlif versiyaların ortaya atıldığını qeyd edir.

Hazırda yayılan məlumatlar əsasən iddialara əsaslanır və İsrail hökuməti tərəfindən bu xəbərlə bağlı rəsmi təsdiq verilməyib.

Musavat.com

Seçilən
61
musavat.com

1Mənbələr