Cəlilabad rayonunda meyit aşkarlanıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Zaur Babayev yaşadığı evdə ölü vəziyyətdə tapılıb. İlkin məlumata görə, meyit onun yaşadığı evdə aşkarlanıb.
Hazırda ölümün dəqiq səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev