Bakı. Trend:
İranın Hörmüz boğazını blokadada saxlamağa davam edəcəyitəqdirdə, dünya neft bazarı fəlakətli nəticələrlə üzləşə bilər.
Trend xəbər verirki, bu barədə dünyanın ən böyük neft şirkəti olan "Saudi Aramco"nunbaş icraçı direktoru Amin Nasser bildirib.
O qeyd edib ki, dünya üzrə neft ehtiyatları artıq son beş ilinminimum səviyyəsindədir və böhran bu ehtiyatların daha sürətlətükənməsinə səbəb olacaq.
Nasserin sözlərinə görə, Hörmüz boğazının blokadası artıqgəmiçilik və sığorta sektorlarının fəaliyyətini pozub və aviasiya,kənd təsərrüfatı, avtomobil sənayesi və digər sahələrdə “dominoeffekti” yaratmaq təhlükəsi yaradır.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb.
İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın stratejiəhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmişkoordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata“Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib.Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxilolmaqla İranın geniş ərazilərini əhatə edir.
İran həmin gün və sonrakı günlərdə cavab olaraq “Doğru Vəd 4”əməliyyatına start verib və İsrailə və regiondakı ABŞ hərbibazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər və İraqdakıobyektlərə – ballistik raketlər və pilotsuz uçuş aparatları iləzərbələr endirməyə başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb. Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisigeneral-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı KeşikçilərKorpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın AliLiderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiənaziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.
1–5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib; İran yüzlərlə raket və dronburaxıb, ABŞ və İsrail isə İran ərazisində yeni hərbi hədəflərivurub. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, münaqişənin ilkgünlərində İran regiondakı hədəflərə təxminən 500 ballistik raketvə 2000-ə yaxın pilotsuz uçuş aparatı buraxıb.
Martın 4-də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Hindokeanında İranın “IRIS Dena” freqatını torpedayla batırıb və buhadisə münaqişənin dəniz mərhələsinə keçdiyinin göstəricisiolub.
8 martda İranın Ekspertlər Məclisi səs çoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.
Son məlumatlara görə, İranın regiondakı ABŞ və müttəfiqobyektlərinə zərbələri nəticəsində ən azı 7 ABŞ hərbçisi həlakolub, bir neçə nəfər isə yaralanıb. Onlardan altısı Küveytdə ABŞbazasına edilən dron hücumu zamanı, biri isə Səudiyyə Ərəbistanındaaldığı ağır yaralardan sonra ölüb.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.