Vaşinqton. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-da hasilatlayihələrində iştirak etməyə böyük maraq göstərib.
Trend-in xüsusi müxbiri xəbərverir ki, bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)prezidenti Rövşən Nəcəf ABŞ-Azərbaycan Ticarət Palatasının 30illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət və biznes konfransındaçıxışı zamanı bildirib.
"Bilirəm ki, həmkarlarımız bir çox Amerika şirkəti ilədanışıqlar aparır. SOCAR həmçinin ABŞ-da istehsal layihələrininqiymətləndirilməsində və onlarda pay əldə etməkdə çox maraqlıdır.Hazırda ABŞ-da potensial satınalmalarla bağlı bir neçə tərəfdaşlaaktiv müzakirələr aparırıq", - Nəcəf deyib.
O əlavə edib ki, neft-qaz sənayesi, əlbəttə ki, bir çoxtərəfdaşlarımız tərəfindən təmin edilən əhəmiyyətli texnolojidəstəyə ehtiyac duyur.
"Biz müasir, innovativ həllər və alətlər tətbiq etmək istərdik.Amerika şirkətləri bu sahədə təbii tərəfdaşlardır. Bizkarbohidrogen yataqlarımızı davamlı şəkildə inkişaf etdirməyəçalışırıq.
Həmçinin, işimizi daha səmərəli, daha aşağı qiymətə yerinəyetirməyə və eyni və ya daha yaxşı nəticələr əldə etməyə köməkedəcək istənilən innovativ həllərə və yeni texnologiyalara açığıq",- o əlavə edib.