“Monako”nun müdafiəçisi Vanderson böyük ehtimalla 2026-cı il dünya çempionatında Braziliya millisinə kömək edə bilməyəcək.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, Vanderson sol bud nahiyəsində əzələ zədəsi ilə əlaqədar əməliyyat olunub. Gözlənilir ki, 24 yaşlı braziliyalı futbolçu azı üç ay meydanlardan kənarda qalacaq. O, artıq cari mövsümdə klubunun heyətində meydana çıxmayacaq və dünya çempionatında iştirakı da çox çətin görünür.