AZ

Türkiyə üçtərəfli görüşə ev sahibliyi edə bilər – Zelenski açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Türkiyə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün keçirilməsinə hazır olduğunu ifadə edib.

Ukrayna rəhbəri bu təşəbbüsü yüksək qiymətləndirdiklərini vurğulayıb. Onun sözlərinə görə, Kiyev belə bir görüşün müharibənin genişlənməsinin qarşısını almaq baxımından müəyyən nəticə verəcəyinə ümid edir.

Zelenski qeyd edib ki, Ukrayna müharibənin daha da böyüməsinin qarşısını almaq üçün öz təcrübəsini bölüşməyə hazırdır. Bununla yanaşı, ölkənin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə və tərəfdaş dövlətlərin dəstəyinə ciddi ehtiyac duyduğu da vurğulanıb.

Ukrayna prezidenti əlavə edib ki, təhlükəsizlik sahəsində dəstəyin artırılması həm ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsi, həm də regionda sabitliyin qorunması üçün vacibdir.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr