AZ

Taffarel “Qalatasaray”lı futbolçu üçün hərəkətə keçdi

“Qalatasaray”ın yarımmüdafiəçisi Qabriel Sara Braziliya millisindən dəvət ala bilər.

Fanat.Az xəbər verir ki, Braziliya millisinin məşqçilər korpusunda çalışan Klaudio Taffarel bunun üçün klub rəhbərliyi ilə əlaqə saxlayıb.

Məlumata görə, Taffarel “Qalatasaray”rəsmilərinə zəng edərək Saranı Braziliya millisinin geniş heyətinə daxil etmək istədiklərini bildirib. Xəbərdə qeyd olunur ki, futbolçu bu xəbəri eşitdikdən sonra çox sevinib.

Sara bu mövsüm İstanbul təmsilçisinin heyətində sabit performansı ilə diqqət çəkir.

Onun çıxışı Braziliya millisinin məşqçilər heyətinin də diqqətindən yayınmayıb.

Seçilən
1
fanat.az

1Mənbələr