AZ

İran super silahlarını işə saldı

İran regiondakı İsrail və ABŞ hədəflərinə super ağır döyüş başlıq daşıyan raketlərdən istifadə edərək yeni hücumlar başladıb.Metbuat.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri yazılı açıqlama yayıb. Açıqlamaya görə, ABŞ və sionist rejimin hərbi bazalarına, mərkəzlərinə və hərbi dəstək nöqtələrinə hücumlar həyata keçirilib. Hücumda dəqiq idarə olunan raketlər və bir tondan çox ağırlığında döyüş başlıqlarından istifadə edilib.

Qeyd edək ki, İran ABŞ-İsrail hücumlarına yalnız İsrailə deyil, həm də regiondakı ABŞ bazalarına və hədəflərinə hücum etməklə cavab verir.

Seçilən
13
1
metbuat.az

2Mənbələr