AZ

Merz: Gərginliyin artması təhlükəli səviyyəyə çatır

Almaniya kansleri Merz ABŞ və İsrailin bir həftədən çoxdur ki, İrana qarşı hücumlar həyata keçirdiyini bildirib və bu hücumları tez və inandırıcı şəkildə dayandırmaq üçün birgə planın olmamasından narahatlığını bildirib.

Turkustan.az xəbər verir ki, Fridrix Merz Berlində Çexiya Baş naziri Andrey Babiş ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Merz ABŞ və İsrailin bir həftədən çoxdur ki, İrana qarşı hücumlar həyata keçirdiyini bildirib və əlavə edib: "Məqsədlərimizin çoxunu bölüşürük. Lakin müharibənin hər keçən günü ilə daha çox sual yaranır. Bu müharibəni tez və inandırıcı şəkildə bitirmək üçün ortaq bir planın olmaması bizi xüsusilə narahat edir".

Merz gərginliyin təhlükəli şəkildə artdığını müşahidə etdiklərini bildirərək, "İran bölgədəki ölkələrə, o cümlədən ölkəmizin yaxın tərəfdaşları və müttəfiqlərinə qarşı ayrı-seçkilik etmədən hücum edir. Biz bunu ən sərt şəkildə qınayırıq. Bu hücumlar dərhal dayandırılmalıdır" dedi.

Baş nazir Merz, bölgədəki tərəfdaşları ilə tam həmrəy olduqlarını bildirərək, "sonsuz müharibənin və İranın ərazi bütövlüyünün, dövlət quruluşunun və ya iqtisadiyyatının məhv edilməsinin Almaniya və Avropanın maraqlarına uyğun olmadığını" təkrarladı və əlavə etdi: "Liviyada, İraqda və ya bölgədəki digər ölkələrdə yaşadığımız kimi bir ssenari hamımıza zərər verərdi".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
25
1
turkustan.az

2Mənbələr