AZ

“Mançester Siti” və İngiltərə millisinin keçmiş oyunçusu həbs olunub

“Mançester Siti”, “Nyukasl” və İngiltərə millilərinin keçmiş yarımmüdafiəçisi Coui Barton “Liverpul” qolf klubunun yaxınlığında bir kişiyə hücum etməkdə şübhəli bilinərək həbs edilib.

İdman.Biz bu barədə “The Guardian”a istinadən məlumat verir.

43 yaşlı Barton və başqa bir kişi 9 mart bazar günü qəsdən ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinərək həbs ediliblər. İddia edilən zərərçəkən üz və qabırğa xəsarətləri ilə xəstəxanaya aparılıb. Yerli sakin kişinin yerdə qan içində uzandığını gördüyünü bildirib və təcili yardım xidmətlərinə zəng edib.

Barton “Mançester Siti”, “Nyukasl” və “Reyncers” klublarında oynayıb. 2018-ci ildə əvvəlcə “Flitvud Taun”, daha sonra isə “Bristol Rovers” klublarında məşqçilik etməyə başlayıb və 2023-cü ilə qədər orada çalışıb.

İdman.Biz
Seçilən
40
1
idman.biz

2Mənbələr