AZ

Böyük Britaniya hökuməti "müsəlman əleyhinə düşmənçilik" anlayışının yeni tərifini açıqlayıb



Böyük Britaniya hökuməti "müsəlman əleyhinə düşmənçilik" anlayışına müsəlmanlara qarşı zorakılıq, təqib, qərəz və ümumiləşdirmələr daxil olmaqla yeni bir tərif təqdim edib.
Böyük Britaniyanın Mənzil, İcmalar və Yerli Özünüidarəetmə Naziri Stiv Rid Parlamentdə hökumətin müsəlmanları hədəf alan nifrət cinayətlərinin qeydə alınmış artımına qarşı tədbir görmək məsuliyyəti daşıdığını bildirib.

Nazir Rid deyib: "Əgər bir problemi müəyyən edə bilmirsinizsə, onunla mübarizə apara bilməzsiniz".
Nazir Rid hökumətin "müsəlman əleyhinə düşmənçilik" anlayışının qeyri-məcburi tərifini qəbul etdiyini bildirib və bunun hökumətin və qurumların müsəlmanlara qarşı qərəz, ayrı-seçkilik və nifrəti daha yaxşı başa düşmək, ölçmək, qarşısını almaq və həll etmək üçün istifadə edəcəyi bir vasitə olduğunu izah edib.

Rid hakim Leyborist hökumətinin müsəlman icmalarının hədəf alınmasına qarşı səssiz qalmayacağını bildirib və deyib: "Mühafizəkarlar Partiyası kimi, hədəf alınan müsəlman icmalarının təhqirlərlə üzləşməsini boş-boş izləməyəcəyik".

Nazir Rid həmçinin tərifin söz azadlığını məhdudlaşdırmadığını vurğulayıb.

Parlamentdə çıxış edən Kölgə İcmaları Naziri Pol Holms yeni tərifin "qanuni tənqidə mane ola biləcəyini" iddia edib.

Nazir Rid Holmsun tənqidini rədd edib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
77
aia.az

1Mənbələr