“Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allister gələcəyi ilə bağlı qərarını verib.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçu yayda klubla yeni müqavilə danışıqları aparmağı planlaşdırmır.
Buna baxmayaraq, Mak Allister “Liverpul”dakı vəziyyətindən razıdır və “Enfild”də qalmaq istəyir. Futbolçu son vaxtlar "Real Madrid"lə əlaqələndirilsə də, o, hazırda İngiltərə klubunda xoşbəxtdir.
27 yaşlı yarımmüdafiəçinin “Liverpul”la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Bildirilir ki, o, həftəlik təxminən 150 min funt sterlinq maaş alır. Klub rəhbərliyi də futbolçunun komandada qalmasında maraqlıdır.