AZ

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir

Kiyev, 10 mart, AZƏRTAC

Ukraynanın Yaxın Şərqdə yardım müqabilində, ilk növbədə, “Patriot” raketlərini alacağını gözləyirəm.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Əvvəlcə, bizdə çatışmayan hava hücumundan müdafiə sistemləri üçün raketlər məsələsini qaldırırıq. Söhbət PAC-2 və PAC-3-dən gedir. Amma ümumiyyətlə, bilirsiniz ki, bir il əvvəl ABŞ-ə tutucu dronlarla sazişi təklif etmişdik", - deyə Zelenski əlavə edib. O, Ukraynanın bütün dron istehsalı imkanlarını maliyyələşdirmək üçün kifayət qədər vəsaitinin olmadığını qeyd edib.

"Əsasən biz bunu tərəfdaşlarımız olan amerikalılara təklif etdik", - deyə Prezident xatırladıb. Zelenski əlavə edib ki, amerikalı mütəxəssislər Ukraynanın “Şahed” dronlarına qarşı mübarizədəki təcrübəsinin effektivliyini qəbul edirlər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
83
2
azertag.az

5Mənbələr