AZ

“Sabah” “Qəbələ”ni darmadağın etdi – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.

İdmanxeber.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.

“Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Meydan sahibləri rəqibini 7:1 hesablı ağır məğlubiyyətə uğradıb. Hazırda paytaxt klubu 56 xalla lider, bölgə təmsilçisi isə 16 xalla 11-cidir. 

Cari mövsümdə tərəflər arasında keçirilən hər iki matçda “Sabah” rəqibini 1:0 hesabı ilə məğlub edib. 

10 mart 

19:15. “Sabah” – “Qəbələ” – 7:1

Qol: Coy Lens Mikels, 11 (1:0), Aleksey İsayev, 24 (2:0), Coy Lens Mikels, 32 (3:0), Kahim Parris, 40 (4:0), Aron Maluda, 53 (5:0), Cesse Sekidika, 63 (6:0), Rəhman Daşdəmirov, 77 (7:0), Adriel Ba Loua, 87 (7:1)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
“Bank Respublika Arena”

Seçilən
61
20
idmanxeber.az

10Mənbələr