AZ

Su qızdırıcısı partladı, həyatını itirdi - TƏFƏRRÜATVİDEO

Hamamda metal su qızdırıcısı partladı, 78 yaşlı kişi həyatını itirdi.

Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə Ağdaş şəhərində baş verib. Şəhər sakini, 78 yaşlı Zakir Rəsulov yaşadığı evdə ağır xəsarət alaraq həyatını itirib.

İlkin məlumata görə, hamam otağında quraşdırılmış su qızdırıcısı qəfil partlayıb. Partlayış nəticəsində qaynar su yaşlı kişinin üzərinə dağılıb və o, ciddi yanıq xəsarətləri alıb.

Ağdaş rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılan Zakir Rəsulov həkimlərin nəzarətinə götürülüb.

Lakin, müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
36
xezerxeber.az

1Mənbələr