"Gerçək Vəd 4" əməliyyatının otuz üçüncü dalğası nəticəsində Təl-Əvivin cənubunda yerləşən "Haela" peyk rabitə mərkəzi məhv edilib.
"Far.Az" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Qərargahı məlumat yayıb.
Daha əvvəl bildirilib ki, İran ABŞ-nin Kürdüstan regionundakı "Hərir" bazasında yerləşən qərargahı da atəşə tutub. Son məlumata görə, həmin bazaya 5 raket buraxılıb.
İran hərbçiləri Hayfadakı (İsrail) neftayırma zavoduna və yanacaq rezervuarlarına zərbələr endirib.
"Far.Az"un məlumatına görə, bu barədə İran KİV-ləri İranın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, hücumlar pilotsuz uçuş aparatları ilə həyata keçirilib.