Məndən başqa 86 nəfər də aldadılıb...19 min manata yaxın pul ödəyib, ortada nə maşın var nə pul...
Son bir il ərzində “Xəzər Xəbər”də onlarla belə şikayət işıqlandırılıb.
Fərqli şirkətlər, fərqli şəxslər amma eyni vədlərlə aldadılan şəxslərin sayı xeyli artıb. Nəzərə alsaq ki, xaricdən avtomobil sifariş verdikdə bu daxili bazardan ucuz başa gəlir elə buna görə də tələbat da var.
Bəs aldadılmamaq üçün nə etmək lazımdır?
Belə şəxslərə minlərlə manat pulu verib, aldadılmamaq üçün isə ilk növbədə alış-verişi rəsmi həyata keçirmək əsas şərtdir.
Mütəxəsislər bildirirlər ki, müqavilə olmadan pul verməmək, şirkətin qeydiyyatını yoxlamaq, bank köçürməsi ilə bağlı qəbz tələb etmək və 100 faiz əvvəlcədən ödəniş etməməkdə fayda var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.