Vaşinqton. Trend:
“GL Group” şirkəti ABŞ-nin neft yataqlarında əməliyyatlarınıgenişləndirməyi planlaşdırır.
Trend-in xüsusimüxbirinin məlumatına görə, bunu şirkətin Texniki Funksiyalar vəBeynəlxalq Əməliyyatlar üzrə baş vitse-prezidenti Qilbert BoylerABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuşABŞ-Azərbaycan ticarət və biznes konfransında bildirib.
Qilbert Boyler qeyd edib ki, yaxın zamanda şirkətin ABŞ-də neftyataqları əməliyyatları sektoruna genişlənməsi ilə bağlı elanveriləcək.
“Biz prinsiplərimizi, standartlarımızı və təcrübəmizi qorumaq,eyni zamanda əməliyyatlarımızın əsasını Azərbaycanda saxlamaqistəyirik. Etdiyimiz işlərin çoxu Azərbaycan və ABŞ arasındaəməkdaşlığa yönəlib”, – deyə o bildirib.
Onun sözlərinə görə, şirkət son illərdə Azərbaycandaonilliklərdir fəaliyyətdə olan mövcud yataqları optimallaşdırmaq,quyuların səmərəliliyini, əməliyyat effektivliyini və xərcintizamını artırmaq istiqamətində çalışır.
“Bu prosesdə əsas element tədqiqat və inkişafdır (R&D). Bizyeni metodlar, texnologiyalar və yanaşmalar araşdırır, prototipləryaradır və performansı artırmaq üçün onları sınaqdan keçiririk. Biztexnologiyaları sıfırdan yaratmırıq, əksinə ABŞ-də uğurlahazırlanmış texnologiyalardan istifadə edir, onları Azərbaycanşəraitinə uyğunlaşdırır və əməliyyatları optimallaşdırırıq”, – deyəo əlavə edib.