Artıq bir müddətdir "SİMA"nın üztanıma texnologiyası "Bolt", "Uber" və "Yango" mobil tətbiqlərinə inteqrasiya olunub.
Xezerxeber.az xəbər verir ki, bununla da qeydiyyatdan keçmiş avtomobilin nömrəsi ilə başqa maşının taksi kimi işləməsi və sürücü profilinin başqa şəxslər tərəfindən istifadəsinin qarşısı böyük ölçüdə alınıb.
Qurum rəsmisi bildiir ki, ilk aylarda qeyri-qanuni hallar olsa da, artıq sürücülər özləri də bunun aşkarlandığını bildikləri üçün çox da cəhd etmirlər. Uber və Yangodan da bildirildi ki, bu günə qədər onların 1000-ə yaxın sürücüsi yoxlamadan keçib və mümkün neqativ halların qarşısı alınıb.
Qeydiyyatdan keçmiş sürücülər də yeni sistemin həm onların fəaliyyəti, həm də sərnişinlərin təhkükəsizliyi baxımından müsbət addım olduğunu dedilər.
Hələ də başqasının profili ilə işləyənlərin olduğunu bildirən də oldu.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.