AZ

Rusiya 1998 ci il böhranına bənzər maliyyə çöküşünün astanasındadır”

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Təkcə sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıra bilməz, amma dörd illik sanksiyalar əhəmiyyətli təsir göstərib”

"Təkcə sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıra bilməz. Amma mən tamamilə əminəm ki, dörd illik sanksiyalar əhəmiyyətli təsir göstərib". AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa İttifaqının Sanksiyalar Komissarı Devid O'Sullivan deyib. O Rusiya iqtisadiyyatının çökməyə yaxın olduğuna inanır.

"Rusiya iqtisadiyyatı fəlakətli vəziyyətdədir. Bütün iqtisadi göstəricilər qırmızı rəngdə yanıb-sönür. Ölkə tənəzzülə doğru sürüşür, dövlət maliyyəsi, inflyasiya və çox yüksək faiz dərəcələri ilə bağlı ciddi problemlər yaşayır", - deyə Avropa Komissiyasının yüksək vəzifəli rəsmisi sözünə davam edib.

Komissar əlavə edib ki, banklar sənayenin müharibə səylərini maliyyələşdirmək üçün götürməyə məcbur olduğu pis kreditlərlə yaşayır və indi müəssisələr onlara xidmət edə bilmir: "Rusiya 1998-ci il böhranına bənzər maliyyə çöküşünün astanasındadır. Əlbəttə ki, müharibəni nəyin bahasına olursa olsun davam etdirməyə qərarlı bir diktator məhz bunu edə bilərdi. Amma gec-tez vəziyyət dözülməz hala gələcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
ayna.az

1Mənbələr