AZ

Santos uğrunda iki nəhəng klub yarışır

“Çelsi”nin yarımmüdafiəçisi Andrey Santos yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Fanat.Az xəbər verir ki, London klubu braziliyalı futbolçu üçün gələcək təklifləri dinləməyə hazırdır.

Məlumata görə, komandanın baş məşqçisi Liam Rosenior futbolçunu bəyənsə də, klub rəhbərliyi onu toxunulmaz hesab etmir. Bu səbəbdən də yarımmüdafiəçinin transferi mümkündür.

Hazırda “Mançester Yunayted” Santosu heyətinə qatmaq üçün əsas namizədlərdən biri sayılır. Bununla yanaşı, “Yuventus” da futbolçunun vəziyyətini diqqətlə izləyir. İtaliya klubu ona əsas heyətdə daha çox oynamaq şansı vəd edə bilər.

Bildirilir ki, yay transfer pəncərəsində Santosun taleyi ilə bağlı yekun qərar veriləcək.

Seçilən
47
fanat.az

1Mənbələr