Misli premyer-liqasının 23-cü turunda “Sabah” evdə “Qəbələ”ni darmadağın etdi - 7:1. “Football-plus.az” “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransından hesabatı təqdim edir.
- Komandamı təbrik edirəm. Uşaqlar meydançada düzgün reaksiya verdilər. Rəqibimiz güclü komanda idi. Onlara bəlkə də 120 dəqiqə oynamaq təsir etdi. İlk yarıda yaxşı çıxış etdik, fərqləndik. İkinci hissədə də eyni şəkildə. 3 gün sonra “İmişli” ilə oyun var, ona hazırlaşacağıq.
- Nə dəyişdi ki, “Qəbələ”ni belə asan məğlub etdiz?
- Çox üstün və dominant oynadıq. Hücumda oynayan komandaydıq. Kubokla çempionatı müqayisə etmək düzgün deyil. Belə komandaya qarşı 4 dəfə oynamaq çətindi. Amma işimizin öhdəsindən gəldik. Futbolçularım əla oynadı.
- Mikelsi ikinci hissə başlayandan 5 dəqiqə sonra əvəzlədiz. Bu taktiki gedişlə bağlı idi, yoxsa zədəsi var idi?
- Zədəsi var idi. Oyuna tam hazır deyildi. Amma maksimumunu verməyə çalışır. Onun töhfəsi ağlasığmazdı. 2 qol, 2 məhsuldar ötürmə etdi. İki ay yarım idi 90 dəqiqə oynamırdı.
- Andrey Santosdan razı qaldız?
- Az oynadı. 10 dəqiqəyə görə razı qalıb-qalmadığımı demək çətindi. Məşqlərdə yaxşı çalışır. Gənc və istedadlıdı. Qarşıda 10 çempionat oyunu, kubok oyunlarımız var. Gələcəkdə “11-lik”də görə bilərik.
- Mikels qayıtdı, Xəyal formadadı, Mbina da var. Bu üç hücumçu arasında favoritiniz kimdi?
- Favorit meydana çıxandı. Qarşımızda önəmli oyunlar var. Xəyaldan da, Coy-Lensdən də məmnunam. Xəyal yığmaya çağrılır, zədələdi deyə, risk etmədik. Mbina bu həftə komanda ilə məşqlərə qatılıb. Seçimlərin çox olması məni sevindirir.
- AFFA İntizam Komitəsi köməkçiniz Valerio Zuddası cəzalandıracaq. Bu sizə nə dərəcədə təsir edəcək?
- Bu barədə hər şeyi demişik, əlavə şərhə ehtiyac yoxdu. Bu məsələ bir həftə əvvəl bağlanıb.
- Bağlanmayıb axı.
- Biz və “Qarabağ” üçün bağlanıb. Sizin üçün bağlanmaya bilər, sizin qərarınızdı.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta