AZ

İran yalnız bu halda qalib gələ bilər - ABŞ mediası yazır

ABŞ indiyədək İran qarşısında istədiyi nəticəni əldə edə bilməyib. İranın sərt cavab addımları və Hörmüz boğazını bağlama ehtimalı ABŞ prezidenti Donald Trampın vəziyyətini daha da çətinləşdirib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, "The Wall Street Journal" qəzetində dərc olunan təhlildə qeyd edilir ki, İran da bu qarşıdurmadan qalib çıxmış sayılmır. Lakin neft qiymətlərinin sürətlə artması fonunda ABŞ bombardmanı dayandırarsa, Tehran münaqişədən üstün tərəf kimi çıxa bilər.

ABŞ ilə İran arasında gərginliyin artması qlobal bazarlarda neft qiymətlərinin kəskin yüksəlməsinə səbəb olub. Qəzetdə yayımlanan təhlilə əsasən, İranın Hörmüz boğazını bağlama təhdidi və həyata keçirdiyi cavab tədbirləri ABŞ prezidenti Donald Trumpın hərbi seçimlərini məhdudlaşdırır.

Seçilən
5
manset.az

1Mənbələr