AZ

Pulunu bankda saxlayanlara xəbərdarlıq AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Ölkədə bankların sayı get-gedə azalır və bu, maliyyə sektorunda diqqət çəkən tendensiyadır. Azalmanın əsas səbəbləri bankların birləşməsi və maliyyə resurslarının səmərəsiz idarə edilməsidir. Bu vəziyyət vətəndaşların sərmayələrini haraya qoyacağı sualını aktuallaşdırır. Əllərindəki vəsaiti qorumaq üçün insanlar daha etibarlı və riskləri minimuma endirən variantları nəzərdən keçirməlidirlər.Məsələ ilə bağlı iqtisadçı İlqar Hüseynli Demokrat.az-a bildirib ki, Azərbaycanda bankların fəaliyyətini dayandırması əsasən maliyyə dayanıqlığının, nizamnamə kapitalının kifayət qədər olmaması və problemlərin dərinləşməsi səbəbindən baş verir:"Artıq banklar fəaliyyətini dayandırmaq məcburiyyətində qalırlar. Bəzi banklar isə konkret olaraq bir ailəyə məxsusdur. Bir neçə müddət öncə bağlanan "BTB" Bank Ramiz Mehdiyevin ailəsinə məxsus idi. Siyasi problemlər yarandıqda bankın bağlanmasından bağlı qərara gəlirlər".O deyib ki, Azərbaycanda öz reytinqini və etibarlılığını qoruyub saxlayan banklar da var. "Hələlik müştərilər üçün sərmayələrini riskli banklarda deyil, risk altında olmayan banklarda yerləşdirmək daha məqsədəuyğundur.

Ona görə də müştərilər, yəni sərmayəçilər bank seçimində diqqətli olmalıdır. Ümumiyyətlə, ölkədə müəyyən sayda banklar var, amma daha çox öz etibarlığını qoruyub saxlayan bankların xidmətindən yararlanmaq daha doğru hesab edilir"- deyə o bildirib.Qeyd edək ki, yaxın dövrlərdə daha iki bank fəaliyyətini dayandırıb. Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
demokrat.az

2Mənbələr