AZ

Baş həkim vəzifəsindən azad olundu, bölmə müdiri təyin edildi – FOTO

Ötən ilin sonlarında Siyəzən Rayon Mərkəzi Xəstəxanasının direktor müavini – baş həkimi vəzifəsindən azad olunan Taleh Xankişiyev Sumqayıtdakı tibb müəssisələrinin birində işə düzəlib.

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, o, bir müddət əvvəl Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanovun əmri ilə 2 nömrəli Şəhər Xəstəxanasının Əməliyyatxana bölməsinin müdiri, ümumi cərrah vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Taleh Xankişiyev 1984-cü ildə Şuşa şəhərində anadan olub.

O, 2012–2020-ci illərdə Siyəzən Mərkəzi Diaqnostika Mərkəzində cərrah, 2019–2023-cü illərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin “113” çağrı sistemi üzrə təcili tibbi yardım həkimi, 2020–2023-cü illərdə Siyəzən Rayon Mərkəzi Xəstəxanasında Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.

2023–2025-ci illərdə Siyəzən Rayon Mərkəzi Xəstəxanasında direktor müavini – baş həkim vəzifəsində fəaliyyət göstərib.

Sara

NOCOMMENT.az

Seçilən
11
nocomment.az

2Mənbələr