AZ

"Səhvlərimizdən nəticə çıxarmalıyıq" -Kaxaber Tsxadadze

Bu gün Misli Premyer Liqasında XXIII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə “Sabah” “Qəbələ”ni qəbul edib. Meydan sahibləri böyükhesablı qələbəyə seviniblər (7:1).

Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Kaxaber Tsxadadze fikirlərini jurnalistlərlə bölüşüb:

"Bu gün böyük hesabla məğlub olduq. Əlbəttə ki, belə hallarda məşqçi məsuliyyəti öz üzərinə götürür. Bu oyunu analiz edib səhvlərimizdən nəticə çıxarmalıyıq. Nələri səhv etdiyimizi aşkara çıxarmalıyıq. Oyunçularımızın əksəriyyəti birmənalı olaraq bu günki oyuna hazır deyildi. İki çox sadə səhvlərdən qol buraxdıq. Ondan sonra isə rəqib müdafiəmizdəki boşluqlardan istifadə etdi. "Sabah" kimi komandaya qarşı bu cür boşluqlar yaratmaq olmaz. Çünki onlar bu boşluqlardan istifadə edirlər. Bundan sonra isə hesab artmağa başladı. Əlbəttə ki, analiz etməliyik. Danışacaq çox şey yoxdu".

Seçilən
48
1
fanat.az

4Mənbələr