AZ

İran Hürmüz boğazını MİNALAYIR

İran Hürmüz boğazını minalamağa başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı ABŞ kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Amerika kəşfiyyatının əldə etdiyi məlumatlara görə, İran Silahlı Qüvvələri strateji əhəmiyyətli Hürmüz boğazının sularına dəniz minaları döşəməyə başlayıb. Bu addım regionda hərbi gərginliyin son dərəcə artması və ABŞ-İran münasibətlərinin kəskinləşməsi fonunda atılıb.

Mütəxəssislər bildirirlər ki, minalanma prosesi qlobal dəniz ticarəti və enerji daşımaları üçün böyük təhlükə yaradır. Hürmüz boğazı dünya neft ixracının əsas arteriyalarından biri hesab olunur və onun minalanması beynəlxalq gəmiçilik üçün ciddi risklər doğurur.

Qeyd edək ki, Hürmüz boğazı vasitəsilə dünya bazarındakı neftin təxminən 20%-i daşınır. Hazırda ABŞ və müttəfiqləri tərəfindən bölgədəki vəziyyətin yaxından izlənildiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
1
interpress.az

2Mənbələr