AZ

Tramp İranla danışığa hazırdır, amma... Uitkoff şərt açıqladı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Donald Tramp İranla dialoqa hazırdır. Lakin belə danışıqların nə dərəcədə nəticə verəcəyi sual altındadır.

Globalinfo.az xəbər verir ki, o, bu barədə CNBC telekanalına müsahibəsində deyib:

“Düşünürəm ki, prezident hər zaman dialoqa açıqdır. Lakin əsas məsələ bu dialoqun məhsuldar olub-olmayacağıdır.”

Uitkoffun sözlərinə görə, ABŞ İranın uranı zənginləşdirmə üzrə imkanlarının demək olar ki, hamısını artıq məhv edib. Vaşinqton hesab edir ki, İran rəhbərliyinin atdığı addımlar Tehranın nüvə silahı yaratmaq niyyətinin olmadığını açıqlaması ilə ziddiyyət təşkil edir.

Bu arada ABŞ ictimaiyyətində də məsələ ilə bağlı fikir ayrılığı mövcuddur. NBC telekanalının keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 54 faizi Vaşinqtonun İrana qarşı siyasətini bəyənmir, 41 faizi isə bunu dəstəkləyir. Respondentlərin 3 faizi isə hələ mövqeyini müəyyənləşdirmədiyini bildirib, 2 faiz isə suala cavab verməkdə çətinlik çəkib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
globalinfo.az

1Mənbələr