AZ

İraq sosial şəbəkələrindən Azərbaycana dəstək: “Qardaşlığa və müdrikliyə təşəkkür” - Video

İraqın sosial şəbəkə istifadəçiləri Azərbaycanın müharibədən zərər çəkmiş İran sakinlərinə müqəddəs Ramazan ayı münasibətilə göstərdiyi humanitar yardıma geniş dəstək ifadə edirlər.

Musavat.com xəbər verir ki, paylaşım və şərhlərdə İraq istifadəçiləri Bakının humanitar addımını “qardaşlıq və müdriklik nümunəsi” kimi qiymətləndirir, Azərbaycanın bölgədə humanist mövqe nümayiş etdirdiyini vurğulayırlar.

Bir çox istifadəçi yazır ki, çətin dövrdə mülki əhaliyə yardım göstərilməsi İslam həmrəyliyinin real təzahürüdür və bu addım region xalqları arasında həmrəyliyi gücləndirir. Bəzi şərhlərdə isə Azərbaycanın humanitar təşəbbüsünün müharibə şəraitində yaşayan insanların həyatına real dəstək olduğu qeyd olunur.

İraq sosial şəbəkələrində yayılan paylaşımlarda xüsusilə Ramazan ayında belə yardımın göstərilməsi “qardaşlıq jesti” kimi qiymətləndirilir və Azərbaycan xalqına təşəkkür mesajları ünvanlanır.

 

Musavat.com

Seçilən
70
musavat.com

1Mənbələr