AZ

Sabah Qəbələ oyununda 8 qol

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında XXIII tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, turun sonuncu qarşılaşmasında lider "Sabah" doğma meydanda "Qəbələ"ni 7:1 hesabı ilə məğlub edib.

"Bank Respublika Arena"da baş tutan matçda ev sahibi komandanın qollarını Coy Lens Mikels (11, 32), Aleksey İsayev (24), Kahim Parris (40), Aron Maluda (53), Cesse Sekidika (63), Rəhman Daşdəmirov (77) vurublar. Qonaqların heyətində isə Adriel Ba Loua (87) təsəlli qoluna imza atıb.

"Sabah" 56 xalla turnir cədvəlində vahid liderliyini qoruyur. "Qəbələ" 16 xalla 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Sumqayıt"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə, "Zirə" "Kəpəz"lə (2:2) heç-heçə edib. "Qarabağ" "Araz-Naxçıvan"ı altı cavabsız qolla üstələyibsə, "Turan Tovuz" "Neftçi"ni minimal hesabla məğlub edib - 1:0.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
7
qaynarinfo.az

10Mənbələr