AZ

Dövlət Departamenti İsveçə raket sistemlərinin satışını təsdiqləyib



ABŞ Dövlət Departamenti İsveçə 930 milyon dollar dəyərində M142 HIMARS çoxsaylı buraxılışlı raket sistemlərinin (MLRS) satışının təsdiqləndiyini açıqlayıb.

Newscenter.az xəbər verir ki, bu barədə TASS Dövlət Departamentinə istinadən məlumat yayıb.

Müqaviləyə 20 buraxılış qurğusu, 140 idarə olunan raket dəsti, AN/PRC-158 və AN/PRC-160 radioları daxildir. Həmçinin, digər rabitə avadanlıqları və ehtiyat hissələri də müqavilə əsasında İsveçə veriləcək.

Anar
Seçilən
26
1
newscenter.az

2Mənbələr