AZ

Türkiyə və İtaliya XİN başçıları Yaxın Şərqdə vəziyyəti müzakirəETDİ

Hakan Fidan İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Nazirlər Yaxın Şərq regionundakı vəziyyəti müzakirə ediblər.

Mənbənin sözlərinə görə, Hakan Fidan martın 10-da İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ilə telefonla danışıb. Söhbət regionda davam edən müharibənin dayandırılması istiqamətində səylərə həsr olunub.

Bundan əvvəl, çərşənbə axşamı Hakan Fidan iranlı həmkarı Abbas Araqçi ilə də telefon əlaqəsi saxlayıb. Danışıq zamanı o vurğulayıb ki, Türkiyənin hava məkanının pozulması qəbuledilməzdir və Ankara bütün zəruri cavab tədbirlərini görməkdə davam edəcək.

Abbas Araqçi isə öz növbəsində Türkiyə hava məkanına doğru hərəkət edən raketlərin İran ərazisindən buraxılmadığını bildirib. O, məsələ ilə bağlı hərtərəfli araşdırma aparılacağına dair təminat verib.

Xədicə BAXIŞLI

Seçilən
42
redaktor.az

1Mənbələr