AZ

ABŞ-də naməlum silahlı şəxs sinaqoqun yaxınlığında insanlara atəş açıb - VİDEO

ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki sinaqoqun qarşısında baş verən atışma nəticəsində bir polis məmuru və şübhəli yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə CBS NEWS martın 10-da məlumat yayıb.

"Hadisə Baltimordakı "Aqudat İsrael" sinaqoqunun yaxınlığında, Park Heights prospektinin 6200-cü məhəlləsində, saat 12:30 radələrində  baş verib", - məlumatda deyilir.

Xəsarət alan polisin şok travma şöbəsinə aparıldığı bildirilir. Baltimor Polisinin həmkarlar ittifaqından polis əməkdaşının vəziyyətinin yaxşı olduğu qeyd edilib.

Şübhəlinin vəziyyəti barədə məlumat verilməyib.

QAZİLER.AZ

 

 

Seçilən
104
qaziler.az

1Mənbələr