AZ

FHN Hadrutda bina tikdirir

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Xocavənd rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Hadrut qəsəbəsində 4 çıxışlı inzibati binasının tikintisinə başlanılır.

Hafta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi artıq bununla bağlı müvafiq işlərə start verib.

Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Məlumata görə, tikinti işlərinə 3,886 milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Xatırladaq ki, 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub.

Seçilən
94
hafta.az

1Mənbələr