“Qalatasaray”ın hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”a qarşı oyununda azarkeşlərin çıxışı zamanı göz yaşlarına boğulub.
Publika.az xəbər verir ki, azarkeşlər nigeriyalı futbolçuya futbol karyerasının başlanğıcını xatırladan pankart həsr ediblər. Azarkeşlərin tribunada qurduqları tamaşada “Qalatasaray” forması geyinmiş Osimhen zibillikdə olan uşaq Osimhenin əlindən tutaraq aparır.
Nigeriyalı əvvəllər uşaqlığının Laqosdakı Olusosun adlı gecəqondu məhəlləsində keçdiyini demişdi. O, hər gün ora 10.000 ton zibil atıldığını və yerli sakinlərin zibillikdən çıxan əşyaları bazarda satdığını izah etmişdi. Osimhen həmçinin ilk futbol butslarını orada tapdığını da etiraf edib.