AZ

“Yuventus” Silva üçün hərəkətə keçir

Mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsi bitəcək Bernardo Silva karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “Yuventus” portuqaliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Turin klubu yayda azad agent olacaq 31 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb və maaş məsələsi müzakirə olunub.

Qeyd edək ki, Bernardo Silva bu mövsüm “Mançester Siti”nin heyətində 38 oyunda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
70
idmanxeber.az

1Mənbələr