AZ

Azərbaycan və ABŞ əməkdaşlığı şaxələndirilmiş maliyyələşdirməni təşviq etməyi hədəfləyir - Bakı Fond Birjası

Vaşinqton. Trend:

Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıqşaxələndirilmiş maliyyələşdirmənin təşviqinə yönəlib.

Trend-in xüsusimüxbirinin məlumatına görə, bunu Bakı Fond Birjasının İdarəHeyətinin sədri Ruslan Xəlilov Vaşinqtonda ABŞ-Azərbaycan TicarətPalatasının 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan ticarət vəbiznes konfransında çıxışı zamanı bildirib.

Ruslan Xəlilov Bakı Fond Birjasının Azərbaycanda iriinfrastruktur layihələrinin maliyyələşdirilməsindəki rolunuvurğulayaraq qeyd edib ki, hazırda bu layihələrin bir çoxubeynəlxalq maliyyə institutlarının və ya yerli və xarici banklarınsindikatlarının maliyyəsinə əsaslanır.

“Məqsədimiz maliyyə aktivlərinin idarə olunmasından məsul olanmaliyyə institutları, şirkətlər və təşkilatları əhatə edənekosistemləri inteqrasiya etməklə kapital bazarları vasitəsiləiştirak səviyyəsini artırmaqdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, kapital bazarlarının birləşdirilməsi təkcəsəhm kapitallaşması üçün deyil, həm də səmərəliliyin vəəlçatanlığın artırılması məqsədilə bazarlar arasında sistemlərininteqrasiyası baxımından vacibdir.

“Daxili və beynəlxalq bazarları birləşdirərək və paylanmışmaliyyə sistemlərindən istifadə etməklə maliyyələşdirmə axtaranşirkətləri daha yaxşı dəstəkləyə və investorlar üçün praktik həllərtəqdim edə bilərik”, – deyə Ruslan Xəlilov qeyd edib.

O, həmçinin Qazaxıstan və Özbəkistan kimi Asiya bazarlarınıntəcrübəsinə toxunaraq bildirib ki, bu ölkələrdə ekosisteminteqrasiyası və yüksək tezlikli ticarət sistemləri də daxilolmaqla texnoloji həllərin erkən tətbiqi kapital bazarlarınıneffektiv şəkildə əlaqələndirilməsinə kömək edib. Onun sözlərinəgörə, oxşar yanaşmalar ABŞ ilə əməkdaşlıq çərçivəsində Azərbaycandada tətbiq oluna bilər.

“Ticarət sistemlərinə investisiya qoymaq ilk addımdır. Bazarıinkişaf etdirməli, iştirakçıları cəlb etməli və texnolojiinfrastrukturu təmin etməliyik. Bu həm çətinlik, həm dəmaliyyələşdirmə mənbələrini şaxələndirmək və kapital bazarlarındalikvidliyi artırmaq üçün bir fürsətdir”, – deyə o vurğulayıb.

Ruslan Xəlilov əlavə edib ki, Azərbaycan ilə ABŞ arasındaqarşıdan gələn strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlıqşaxələndirilmiş maliyyələşdirmənin təşviqi, bazarlar arasındaəlaqələrin gücləndirilməsi və regionda davamlı iqtisadi artımındəstəklənməsi üçün qabaqcıl texnoloji həllərin inteqrasiyasınıhədəfləyir.

Seçilən
81
az.trend.az

1Mənbələr